04.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 04.04.2022-ci il tarixində II-ci Qarabağ müharibəsi şəhidi Elşən Mübariz oğlu Dünyamalıyevin anadan olmasının 25 illiyi ilə əlaqədar ” Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır” adlı anım günü keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək bildirdi ki, Azərbaycan Ordusunun əsgəri olan Elşən Mübariz oğlu Dünyamalıyev 1997-ci il aprelin 6-da Gəncə şəhərində anadan olub, 2003-2012-ci illərdə Gəncə şəhəri, 21 nömrəli məktəbdə orta təhsilə yiyələnib. Elşən Dünyamalıyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşlərində də məharətini göstərib. 2019-cu ildən isə Elşən müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin Uşaq birliyi təşkilatının rəhbəri Qənifə Nağıyeva Azərbaycan Ordusunun əsgəri olan Elşən Dünyamalıyevin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq sentyabrın 30-da şəhid olmasından danışdı. 13 saylı tam orta məktəbin psixoloqu Qətibə Mustafayeva çıxışında bildirdi ki, şəhidimiz vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib. 13 saylı tam orta məktəbin Azərbaycan dili ədəbiyyat müəlliməsi Qətibə Məmmədova Elşən Mübariz oğlu Dünyamalıyevin şəxsi igidlik və şücaət nümayiş etdirdiyindən danışdı. 13 saylı tam orta məktəbin ingilis dili müəlliməsi İradə Elşən Dünyamalıyevin ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildiyini və oktyabr 1-də Gəncə Şəhidlər Xiyabanında dəfn edildiyindən danışdı. İşrirakşılardan Əliyeva Aytac, İsmayılzadə Cəmil, Haqverdiyeva Fidan, İsmayılov Cavidan, Quliyeva Mələk, Hacıyeva Səma, Allahverdiyev İbrahim, Məmmədov Elgün, şəhidlər haqqında təqdimatlar ,şeirlər, bayatılar söylədilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.